“Azərbaycan Konstitusiyası müstəqilliyimizin və inkişafımızın əsas dayağıdır” - Sofiya Səid Şah
“Bu gün burada Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən beynəlxalq tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir. Pakistan xalqı adından səmimi təbriklərimizi və təşəkkürümüzü qardaş Azərbaycan xalqına çatdırmaq istərdim". SİA xəbər verir ki, bunu Pakistan Milli Məclisinin deputatı Sofiya Səid Şah bildirib.
Sofiya Səid Şah vurğulayıb ki, Pakistan və Azərbaycan arasındakı münasibətlər qarşılıqlı etimad və səmimi hörmət üzərində qurulub və bu əlaqələr hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir: “Azərbaycan həmişə Pakistana dəstək göstərmiş, xüsusilə Kəşmir məsələsində səmimi həmrəylik nümayiş etdirmişdir. Azərbaycan xalqı və Milli Məclisi bu münasibətləri davamlı və səmərəli şəkildə qoruduğuna görə böyük təqdirə layiqdir”.
Deputat qeyd edib ki, Azərbaycan Konstitusiyası 12 noyabr 1995-ci ildə qəbul olunmuş və ölkənin müasir dövlətçilik prinsiplərini müəyyən etmişdir: “Bu Konstitusiya insan hüquqlarını, demokratik dəyərləri və müstəqilliyi təmin edir. Mərhum Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış bu sənəd Azərbaycanın təhlükəsizliyi, müstəqilliyi və azadlığı üçün möhkəm təməl olmuşdur”.
O, Pakistan və Azərbaycan arasında Türkiyə ilə üçtərəfli əməkdaşlıq nümunələrinə də diqqət çəkib: “2025-ci ilin sonunda İslamabad şəhərində keçirilmiş görüş bu əməkdaşlığın bariz nümunəsidir. Mənim üçün Azərbaycanın Milli Məclisi ilə bu nümunələri paylaşmaq böyük şərəfdir”.
Sofiya Səid Şah çıxışının sonunda bir daha Azərbaycan xalqını və hökumətini təbrik edərək deyib: “Pakistan xalqı da Azərbaycanın Konstitusiyasının 30 illiyi münasibətilə Azərbaycan xalqını və hökumətini ürəkdən təbrik edir. Bu Konstitusiya Azərbaycan xalqının müstəqilliyinin, suverenliyinin və sosial-iqtisadi inkişafının əsas dayağıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB