"Azərbaycan-Rusiya əməkdaşlığı regional sabitliyi gücləndirir” - Natalia Kuvshinova
“Bu il Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir – ölkəmiz Konstitusiyasının qəbulunun 30 illiyini qeyd edir. Bu sənəd milli və mədəni dəyərlərimizin qorunmasını, Azərbaycanın nüfuzunun və suverenliyinin təmin olunmasını təmin etmişdir". SİA xəbər verir ki. bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü Natalia Kuvshinova çıxışında bildirib.
Natalia Kuvshinova vurğulayıb ki, Konstitusiya milli birliyin və müstəqilliyin möhkəm təməlini qoymuş və ölkənin etibarı üçün ən əsas təminatdır. O, Azərbaycanın regiondakı mövqeyinin güclənməsində və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edib: “Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq və dialoq konstruktiv xarakter daşıyır və ölkələrimizin qarşılıqlı anlaşmasını gücləndirir. BRICS Parlament Forumunda ölkələrimizin iştirakı bu əməkdaşlığın göstəricisidir”.
Deputat həmçinin Xəzər regionunda iqtisadi inkişaf və regional əməkdaşlıq məsələlərinə toxunub: “Xüsusilə Xəzər regionunun iqtisadiyyatının qorunması və inkişaf etdirilməsi sahəsində birgə işlərimiz diqqətə layiqdir. Azərbaycan-Rusiya əməkdaşlığı xarici ticarət və investisiya sahəsində də vacib rol oynayır. Azərbaycanda rus dilinin təhsil və elm sahəsində istifadəsi həm bilik mübadiləsini, həm də regional əməkdaşlığı gücləndirir”.
Natalia Kuvshinova çıxışında Konstitusiyanın əhəmiyyətinə də diqqət çəkib: “Biz çətin dövrdən keçirik, amma məhz bu şəraitdə Konstitusiyanın prinsiplərini daha dərindən dərk etməliyik. Qanunvericilik əsrlərin təcrübəsini əks etdirir və insanların hər bir ehtimal və seçimi nəzərə alaraq, hakimiyyətin səmərəli işləməsini təmin edir. Bu da dövlətin güclü inkişafının əsasını təşkil edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB