Prezident İlham Əliyev Azərbaycanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatları tam dəstəkləndiyini bəyan edib. SİA-nın məlumatına görə, bunu Azərbaycan lideri Astanada qazaxıstanlı həmkarı ilə təkbətək görüşündə deyib.
"Qardaş ölkənin Sizin rəhbərliyinizlə həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsində uğurlarına sevinirik. Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə