Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi X hesabında bu barədə paylaşım edib.
Görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlərin müzakirə olunduğunu qeyd edən Hikmət Hacıyev əlavə edib: “Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır”.
Bütün xəbərlər Facebook səhifəmizdə