Azərbaycan, İran və Rusiya hökumət nümayəndələrinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Azərbaycan, İran və Rusiya hökumət nümayəndələrinin üçtərəfli görüşündə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanıb. SİA xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə bildirib.
Baş nazirin müavini bildirib ki, bugünkü görüş Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlərə həsr olunub: “Üçtərəfli formatda aparacağımız müzakirələr ölkələrimiz arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Əminəm ki, konstruktiv və müsbət məcrada keçəcəkmüzakirələrimiz üç ölkə arasında müvafiq sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.
Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə