Hərbi əməkdaşlıq məsələlərinə dair müzakirə aparılıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin “Yüksəksəviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, general-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin “Yüksəksəviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə