Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin iclasında təmsil olunub - FOTO
Türkiyənin Konya şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin iclası keçirilib. SİA xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə təşkil olunan tədbirdə Azərbaycan, Şimali Kipr Türk Respublikası, Livan, Moldovanın Qaqauz Muxtar Vilayəti, Özbəkistan və Türkiyədən nümayəndələr iştirak ediblər.
Toplantıya TDBB-nin sədri və Konya Böyükşəhər Bələdiyyə başçısı Uğur İbrahim Altay sədrlik edib. İclasda birliyin fəaliyyəti qiymətləndirilib, bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin hazırlanması məsələləri müzakirə olunub.
Uğur İbrahim Altay görüşün Türk dünyası bələdiyyələri arasında həmrəyliyi artıracağına inandığını bildirib və alınacaq qərarların faydalı olacağına ümid etdiyini diqqətə çatdırıb.
Tədbirdə ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil edib. O, çıxışında vurğulayıb ki, tarixi köklərlə bir-birinə bağlı olan türkdilli dövlətlər bütün sahələrdə münasibətləri dərinləşdiməkdədir. XXI əsrin Türk dünyası əsri olacağını vurğulayan T.Tağıyev Azərbaycan bələdiyyələrinin bundan sonra da təşkilatın işində yaxından iştirak etməklə, onun fəaliyyətinə töhfəsini verməyə hazır olduğunu qeyd edib.
İclasda İdarə Heyətinin digər üzvləri də çıxış edərək fikir və mülahizələrini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə