Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Bir daha sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.
Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Şadam ki, o mənim dəvətimi qəbul edib və bu gün bizimlə birlikdədir.
Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik.
Bu gün Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.
Keçən dəfə Prezident Mattarella Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdik. Bu səfər zamanı isə sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək.
Bu gün danışıqlar zamanı biz, həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında danışdıq. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir.
Bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.
Hörmətli cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.
x x x
Sonra İtaliya Prezidenti bəyanatla çıxış edib.
-Mən cənab Prezident İlham Əliyevə Azərbaycana yenidən səfər etmək üçün dəvətinə görə minnətdaram. Mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə də minnətdaram. Aramızda böyük dostluq, qarşılıqlı, tam şəkildə təşəkkül tapmış anlaşma var və İtaliya-Azərbaycan arasında münasibətlər inkişaf edir. Çox sağ olun ki, Siz mənə yeddi il əvvəl etdiyim səfərimi bir daha xatırlatdınız. Bu da əslində, çox böyük rəmzi xarakter daşıdı və cənab Prezident, təşəkkür edirəm ki, bu dəfə də məni ölkənizə dəvət etdiniz, səfərə gəldim. Əlbəttə ki, biz sabah İtaliya-Azərbaycan Universitetinin tələbələr kampusunun açılışını edəcəyik. Bu da o deməkdir ki, bir tərəfdən İtaliya universitetləri, digər tərəfdən Azərbaycan universitetləri əməkdaşlıq edəcəklər.
Cənab Prezident mənə bildirdi ki, yeddi il öncə biz böyük bir sənaye obyektinin açılışında olduq. Onu da qeyd etdi ki, bunun çox böyük rəmzi əhəmiyyəti var. Bu, artıq bizim enerji, sənaye əməkdaşlığımızdan sabaha açılan yeni bir yol oldu və İtaliya ilə Azərbaycan artıq mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığa başladılar. Bu, əslində strateji tərəfdaşlığımızın və 10 il əvvəl imzalanmış sazişdə qeyd olunanların tam, səmərəli şəkildə həyata keçirilməsi deməkdir. Bu, bizim ölkələrimizin münasibətlərini inkişaf etdirir. Bu, nəinki sənaye və enerji sahələrində, həmçinin mədəniyyət sahəsində də əməkdaşlıqdan xəbər verir.
Cənab Prezident burada qeyd etdi ki, sabah açılışını edəcəyimiz universitetdə təhsil alacaq çoxsaylı tələbələr ölkələrimiz arasındakı dostluğu daha da gücləndirəcəklər. Əlbəttə ki, bu münasibətlərə gəldikdə, ölkələrimiz arasında əlaqələr çox yaxşıdır və gördüyünüz kimi, bir neçə tədbirləri təşkil edirik. İndi növbəti tədbirimiz də olacaq. Təbii ki, bunu biz çox yüksək dəyərləndiririk. Əməkdaşlığımız - Azərbaycanın bizə açıqlığı, bizimlə gördüyü işlər, işbirliyimiz göz qabağındadır.
Mən Prezident Əliyevə bildirdim ki, sizin Avropa İttifaqı ilə əməkdaşlığınıza gəldikdə, İtaliya öz tərəfindən addımlar atacaqdır. Xüsusi qeyd edirəm ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və təbii ki, bizim sizinlə əməkdaşlığımız bu çərçivədə də çox əhəmiyyətli olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, bu əlaqələr daha da artsın, inkişaf etsin və hər zaman daha çox yeni sahələri əhatə etsin, ölkələrimizin, xalqlarımızın rifahına xidmət etsin. Bu məqsədlə də mən Bakıya səfərə gəlmişəm. Cənab Prezidentə minnətdaram ki, ikinci dəfədir məni ölkəsinə dəvət edib. Təbii ki, Siz burada, həmçinin İtaliyanın rolunu da qeyd etdiniz. Buna görə mən Sizə təşəkkürümü bildirirəm. Həmçinin qonaqpərvərliyinizə görə minnətdaram.
Qeyd edim ki, sabah İtaliya ilə Azərbaycan arasında mədəniyyət sahəsində, təhsil sahəsində mühüm bir gün olacaq və biz sabah səhər birgə tədbirdə iştirak edəcəyik.
Prezident Əliyevlə atdığımız addım bizim qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığımıza xidmət edən addım olacaqdır. İtaliya bu dostluqdan, əməkdaşlıqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sabah Goranboy və Samuxun bəzi ərazilərində qaz kəsiləcək
İqtisadiyyat 14:14Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib
Siyasət 14:12Mozambikin spikeri Azərbaycanda səfərdədir
Siyasət 14:081 trilyonluq müharibə - RAKURS
Siyasət 13:30ADY: Regionlara gedən sərnişin qatarları Dərnəgüldə də dayanır
İqtisadiyyat 13:11Sabah Azərbaycanda 35 dərəcə isti gözlənilir
Sosial 13:08Şükürbəyli kəndinə növbəti köç yola salınıb
Qarabağ 13:07Kürdəmirdə 43 yaşlı kişi kanalda boğularaq ölüb
Hadisə 12:22BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb
Təhsil 12:20Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq
Hadisə 11:58642 bal toplayan məzun: Hüquqşünas olmaq istəyirəm
Təhsil 11:44AZAL donanmasına 4-cü müasir "Airbus A320neo"nu əlavə edib
İqtisadiyyat 10:38Laçında növbəti əmək yarmarkası keçiriləcək
Sosial 10:36Dünya birjalarında neft ucuzlaşıb
İqtisadiyyat 10:35Ötən həftə 593 yanğına çıxış olub
Hadisə 09:28Maliyyə Nazirliyinin birdən iki çamadana ehtiyacı olacaq...
İqtisadiyyat 08:34Putin Moskvaya hücum barədə niyə susur?
Dünya 08:14Elgizin yeni iş yeri bilindi - restoranda aparıcılıq edəcək
Şou-Biznes 02:04DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
İdman 01:07Tovuzda yol qəzası olub - xəsarət alanlar var
Hadisə 21 İyun 23:30"Real" bu iki futbolçusunu satışa çıxardı
İdman 21 İyun 23:20Ermənistanda seçki gərginliyi BİTMİR - işə Konstitusiya Məhkəməsi baxacaq
Dünya 21 İyun 23:05İdmançılarımızdan Dünya Kubokunda BÖYÜK QƏLƏBƏ
İdman 21 İyun 22:29Şirvanda bu ərazilərdə yanğın olub - FHN məlumat yaydı
Sosial 21 İyun 22:18İspaniya millisindən 4 qollu DARMADAĞIN! -(YENİLƏNİB)
İdman 21 İyun 22:10Üç İsrail vətəndaşı ABŞ-dakı təyyarə qəzasında ölüb
Dünya 21 İyun 22:04Tayra Benks, Project Runway-in yeni mövsümündə Gasanova rolunda…
Dəb 21 İyun 21:56Marqarin və kərə yağı arasında fərq nədir?
Sosial 21 İyun 21:44Qanınız sürətlə artır, yoxsa şəkər səviyyəniz sürətlə yüksəlir?
Səhiyyə 21 İyun 21:35Fransa hava şəraiti səbəbindən quru mövsüm elan edib…
Sosial 21 İyun 21:23“Qanuni sarışın” filminin ulduzları yenidən bir araya gəldilər...
Mədəniyyət 21 İyun 21:14Təqaüdçülər üçün ideal avtomobilin adı açıqlandı…
Texnologiya 21 İyun 21:05Norveç vətəndaşlıq siyasətini yenidən nəzərdən keçirir
Dünya 21 İyun 20:53Yaş öz təsirini göstərir...
Səhiyyə 21 İyun 20:44Hansı daha faydalıdır: kartof, yoxsa düyü?
Maraqlı 21 İyun 20:35Saçların qalın və güclü olmasına kömək edə biləcək on məhsul...
Sosial 21 İyun 20:23Şəhid ailəsi minnətdarlıq edir
Sosial 21 İyun 20:16Mitsubishi unikal şəhər elektrik avtomobilini təqdim etdi…
Texnologiya 21 İyun 20:14“Lukaşenko bu müharibəyə qarşı olduğunu sübut etməlidir”
Dünya 21 İyun 20:05Depressiyanı dərmansız aradan qaldırmağın yolu tapılıb...
Sosial 21 İyun 19:54Lego superkarı sürət rekordu qırdı…
Texnologiya 21 İyun 19:43Halal turizm: Malayziya liderlik edir, Rusiya 46-cı yerdədir…
Turizm 21 İyun 19:35Xərçəng yoluxucu deyil, amma...
Səhiyyə 21 İyun 19:24Paris fələstinlilərə fəxri vətəndaşlıq verdi...
Dünya 21 İyun 19:14ABŞ-da inək peyinindən reaktiv yanacaq hazırlamağı öyrəniblər...
Dünya 21 İyun 19:05Yadplanetlilər artıq Günəş sistemində ola bilərmi?
Texnologiya 21 İyun 18:54Almaniyanın Türkiyədən tələbi...
Dünya 21 İyun 18:43Zelenski Lukaşenkonu çox narahat edəcək məlumatları açıqladı...
Dünya 21 İyun 18:34Analitik: Ukrayna Lukaşenko üçün oyun qaydalarını dəyişdirir...
Dünya 21 İyun 18:25“Moskva yanır? Nə isə...”
Dünya 21 İyun 18:13Rusiya ilə Krım arasındakı bərə keçidinə zərbə endirilib...
Dünya 21 İyun 18:04Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9474
+0,24%
-
GBP
2,2454
+0,29%
-
RUB
2,3210
+0,09%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



