"27 Sentyabr Azərbaycan üçün milli həmrəylik və strateji baxışın təzahürüdür" - ŞƏRH EDİLDİ

"27 sentyabr Azərbaycan üçün yalnız hücum tarixi deyil, həm də milli həmrəyliyin, güclü dövlət iradəsinin və strateji baxışın təzahürü olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu hadisə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında və beynəlxalq hüququn qorunmasında mühüm dönəm yaratdı: "Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və xalqın birliyi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi və Laçın, Kəlbəcər, Füzuli kimi strateji ərazilər geri alındı.

Bundan başqa, 27 sentyabrın ardından Azərbaycan regional və qlobal siyasətdə daha güclü aktor olaraq ortaya çıxdı. Qonşu ölkələrlə strateji əməkdaşlıqlar inkişaf etdi, ölkəmizin tranzit və nəqliyyat imkanları artdı və beynəlxalq aləmdə diplomatik mövqeyimiz möhkəmləndi. Bu hadisə göstərdi ki, milli birlik və güclü dövlət idarəçiliyi həm ərazi bütövlüyünü qorumaq, həm də regionda sülh və stabilliyi təmin etmək üçün əsas faktorlardır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə