Tarixi səhvlərdən və yanlışlıqlardan nəticə çıxarmaq, sabah və gələcəkdə baş verə biləcək növbəti faciələrin qarşısını almağa xidmət edər. Təəssüf ki, bəzən sadəlövlük və həddindən artıq xeyirxah olmağımız keçmişin səhvlərindən nəticə çıxarmağımıza imkan vermir. Bundan da istifadə edən məkrli dairələr, xüsusilə də ermənilər Azərbaycana qarşı fürsət yarandıqca qəsbikar və vandal siyasət yürüdüb. Nəticədə son yüz ərzində 2 milyondan çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, minlərlə kənd və qəsəbə, şəhərlər dağıdılaraq xarabazarlığa çevrilib. Erməni vəhşiləri xarici dairələrdən aldıqları hərbi, siyasi, maliyyə dəstəyi nəticəsində 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmələr həyata keçiriblər. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar; Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar; Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur.
Erməni terrorçuları körpə uşaqlara da rəhm etməmişlər
1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər əvvəlki dövlərdə həyata keçirdikləri qətliamlardan daha amansız olmuşdur. Çünki onlar məqsədli şəkil də uşaqları hədəfə alıb, onları kütləvi şəkildə qətlə yetirirdilər. Hətta hamilə azərbaycanlı qadınlarına rəhm etmir, onları süngü ilə öldürürdülər. Erməni terrorçuları ilə həmfikir olan erməni milyonçuları onlara hər cür maliyyə yardımları göstərirdilər. 1905-ci ilin fevralın 6-da Bakıda erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter Osipovun və başqalarının dəstəyi və yardımları sayəsində terror qrupu yalnız bir küçədə 18 adamı öldürmüş və 33 nəfəri yaralamışdır. 1905-ci ilin fevralın 7-də erməni terror təşkilatı Bakıda 100-dək dinc vətəndaşımızı öldürmüş və yaralamışdır. Erməni quldur dəstələri 1905-ci ilin fevralın 9-da erməni silahlı dəstələri varlı ermənilər Balabek, Lalayev, Artyom Babayants, Akop Muradyan, Karen Saakyants və digərlərinin evlərinə yığışmış, onların pəncərələrindən və damlarından şəhərin küçələrinə atəş açmış, ingilis, fransız istehsalı olan bombalar, qumbaralar atmışlar. “Daşnaksutyun” beynəlxalq erməni terror təşkilatının idarə etdiyi quldur dəstələri 1905-ci ilin 20-21 fevralında İrəvan şəhərinin müsəlman sakinlərinə qarşı insanlığa yaraşmayan hərəkətlər edərək qırğınlar, vəhşiliklər etmişlər. Dinc əhalinin vəhşicəsinə öldürülməsi bu amansız hadisənin şahidlərini dəhşətə gətirmişdir. Erməni terrorçu dəstələri qırğınların miqyasını genişləndirmək məqsədi ilə 1905-ci il mayın 11-də Bakı şəhərində Qafqaz xalqları arasında dostluq əlaqələrinin yaradılmasına çalışan knyaz M.A. Nakaşidzeni və onun köməkçisi Q. Takiyeskilini qətlə yetirdilər. Bu hadisəni şahid, tarixçi R.R. Subinski öz xatirələrində göstərmişdir. O dövrün məlumatlarına əsasən qatillərdən biri Dro ləqəbli Drastamat Xanayan idi. Bu hadisələrdən əvvəl Dro Zəngəzur mahalında erməni quldur dəstələrinin tərkibində dinc azərbaycanlılara qarşı qanlı qırğınlarda yaxından iştirak etmişdi. Erməni daşnak quldarları 1905-ci ilin mayın 24-də İrəvan quberniyasında dinc azərbaycanlılara atəş açdılar. Qarşılıqdan istifadə erməni terrorçuları 11 vətəndaş- 4 qadın, 2 uşaq və 5 kişini qətlə yetirdilər. Bu qanlı hadisələrdən doymayan erməni quldur dəstələri 1905-ci ilin mayında Naxçıvan ərazisinə hücum edərək dinc əhaliyə qarşı qanlı divan törətdilər. Çoxlu sayda qadın, qoca və uşağı öldürdülər. Ermənilər 1905-ci ildə Zəngəzur bölgəsində də onlarca adam öldürülmüş, evlərə od vuraraq yandırmışlar. Erməni vəhşiliyi o dərəcə amansız və qəddar xarakter almışdır ki, nəhayət rus cəlladları qızışdırdıqları erməniləri sakitləşdirməyə məcbur olurlar. O təlatümlü dövrlə bağlı Azərbaycanın böyük ədiblərindən olan Məmməd Səid Ordubadi “Qanlı sənələr” adlı kitab yazır. Bakı milyonçusu Murtuza Muxtarovun maliyyə dəstəyi ilə hazırlanan kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri amansız vəhşiliklərdən, qətliamlardan geniş və əhatəli faktlar yer alır. “Qanlı sənələr” adlı kitabda müəllif on minlərlə günahsız azərbaycanlının öldürülməsindən, əmlaklarının talan edilməsindən, evlərinin dağıdılmasından söz açılır. M.S.Ordubadi vəhşiliyin törədilməsi səbəbləri araşdırır və ermənilərin özlərinin etiraflarına əsaslanaraq qeyd edir ki, faciəni xaricdən gələn erməni terrorçuları, xüsusi iləd “Daşnaksütun”nun silahlı dəstələri törədib: “Daşnaksütun” tərəfindən Qafqazda oynanılmış “qanlı teatr”; yerli hakimiyyət nümayəndələrinin etinasızlığı və fəaliyyətsizliyi; erməni fitnəkarlığını və hiylələrini vaxtında tanıya bilməmiş azərbaycanlıların sadəlövhlüyü və təcrübəsizliyi, habelə silahlarının olmaması; Londonun, Parisin və Amerikanın fəal dəstəyi sayəsində Türkiyə və Cənubi Qafqazın ərazilərində “Böyük Ermənistan” yaratmaq məqsədilə, ermənilərin muxtariyyətə can atması”.
Erməni vəhşiliyi Qafqazda olmuş səyyahları dəhşətə gətirib
1905-1906-cı illərdə Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Gəncədə və Cənubi Azərbaycanda bu qırğınlar davam etmişdir. Erməni daşnak quldur dəstələri 1905-ci il noyabrın 28-də Qarabağ bölgəsinin şəhər və kəndlərini yandıraraq, uşaqlara, qadınlara və qocalara qarşı görünməmiş vəhşiliklər törətmişlər. Erməni quldur dəstələri yalnız Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında 75-ə qədər Azərbaycan kəndini, İrəvan və Zəngəzur quberniyalarında isə 200-dən çox yaşayış məntəqəsini dağıtmış əhalini vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı illərdə erməni vəhşilyi bütün Qafqazı əhatə etmişdir. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Mövcud sənədlərə əsasən erməni terror dəstələri Şamaxı şəhərində on iki min azərbaycanlını qətlə yetirmişlər.
Quba qırğınları zamanı on minə yaxın insan öldürülüb. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi dağıdılıb. 2750-dən çox ev tamamilə yandırılıb. Aparılmış tədqiqatlar onu da sübuta yetirir ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan deyil, əsasən soyuq silahlardan istifadə ediblər. Bəzi kəllə sümüklərində hətta mismarlar aşkarlanıb ki, bu da insanların başlarına mismar vurularaq nə qədər ağır işgəncələrlə qətlə yetirildiklərini göstərir. Bütün bunlar heç bir sərhəd tanımayan erməni vəhşiliyinin, qaniçənliyinin tükürpədici mənzərəsini bir daha göz önündə canlandırır. Bu vəhşəti, insanlıq adına utanc cinayət əməlini torpağın altından gün işığına çıxaran Quba kütləvi məzarlığı 2007-ci ilin aprelində Qudyalçayın sol sahilində, Quba şəhər stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlandı. Təkcə bu məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu elmi araşdırmalarla sübuta yetirildi
Erməni terrorunu yalnız “Dəmir yumruq” susdura bildi
Birmənalı şəkildə demək olar ki, ermənilərin törətdiyi vəhşiliklər, vandalizm aktları dünya üçün fəlakət deməkdir, insanlığa yönələn faciədir. Ona görə də, Birləşmiş Millətlər Təşkilatı başda olmaqla digər aparıcı beynəlxalq qurumlar erməni vəhşiliyinin dayandırılması və digər ölkələrə keçməsinin qarşısının alınması üçün təsirli və təcili tədbirlər görməlidir. Əks halda gec ola bilər. Sonrakı mərhələdə erməni terror maşını dünyanın əksər bölgələrinə yayıla bilər. Bu zaman Şuşada, Cəbrayılda, Xocalıda, Ağdamda, Fizulidə, Kəlbəcərdə yaşanan erməni soyqırımları Avropada, Asiyada və digər bölgələrdə yaşana bilər. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilən ərazilərə səfərləri çərçivəsində Ağdam şəhərində olan səyahətçilər gördükləri dağıntılardan təsirləndiklərini və bölgəni “Qafqazın Xirosiması” adlandırmışlar. Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evləri, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırılıb. Hər şeyi məhv edən erməni vandalları tarixi abidələri, qəbiristanlıqları da dağıdıblar. Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi talan edilərək dağıdılmış Qafqazın Xirosimasına çevrilmiş xarabalıqlar qalıb. Füzuli rayonu ərazisindəki memarlıq abidələri yerlə yeksan olunub. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi, Qoçəhmədli kənd məscidi, Aşağı Veysəlli kəndində XII əsrə aid qəbiristanlıq və Mir Əli türbəsi (XIII əsr), Horadiz məscidi və İmamzadə türbəsi, Füzuli şəhərində Qacar, Böyük Pirəhmədli, Merdinli kəndlərindəki məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki körpülər, Merdinli kəndi yaxınlığındakı daşdan yonulan at, qoç fiqurları, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası, həmçinin kurqan tipli arxeoloji abidələr erməni vandalizminin qurbanı olublar. Otuz ilə yaxın erməni işğalı altında qalmış Füzuli rayonunun təbii sərvətləri də talan olunub. Ermənilər meşələrdəki ağacları vəhşicəsinə qırıb, yaxud yandıraraq məhv ediblər. Cəbrayıl şəhərinin yaxınlığındakı Orta əsrlərə aid qəbiristanlıq da ermənilər tərəfindən yerlə-yeksan edilib. Qiymətli qəbir daşları talan edilərək aparılıb, qəbirlər qazılaraq çıxarılıb, insan sümükləri ətrafa səpələnib. Ermənilər qəbiristanlıqları dağıtmaqla tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Lakin insanlığa sığmayan bu əməlləri ilə əsl xislətlərini, barbarlıqlarını bir daha nümayiş etdirmiş olublar.
Yüz illər keçsə də erməni vəhşiliyi unudula və yaddan çıxa bilməz
Erməni vəhşiliyini unutmaq insanlıq hissindən uzaq olmaq deməkdir. Çünki ermənilər birbaşa insanlığa və bəşəriyyət qarşı cinayətlər törədiblər. Ona görə də, dünya birliyi sülh və təhlükəsiz şəraitdə yaşamaq istəyirsə, mütləq erməni terrorunu dayandırmalıdır. Təəssüf ki, bəzi ölkələr, xüsusilə də Fransa. Hindistan, Fars-molla rejimi, Yunanıstan və digər ölkələr ermənilərə himayədarlıq edir onlara hərbi, siyasi, maliyyə dəstəyi göstərirlər. Lakin unudurlar ki, günün birində bəslədikləri erməni terroru onların özlərinə qarşı çevriləcək. Biz isə ayıq və sayıq olmalıyıq. Daim birlik və bərabər olmalı, erməni məkrinə qarşı mübarizə aparmalıyıq. Necə ki, bu birlik 44 günlük Vətən müharibəsində erməni terror maşına qarşı nümayiş etdirilmişdir. O zaman xalqın yeddidən yetmişə qədər hər kəsin Fateh Sərkərdə, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ilə 30 il işğal altında olmuş torpaqlarımız azadlığına qovuşdu. Biz bir millət olaraq erməni terrorunu dayandırdıq. Ali Baş Komandanın rəhbərliyi ilə erməni terrorunu “Dəmir yumruq”la susdurduq. Elə etməliyik ki, onlar bir daha başlarını qaldırmasınlar. Həm də tarixi dərslərdən nəticə çıxaraq.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə