“Əgər hərbi güc tətbiq olunsa hər şey bitəcək” - Danimarkadan XƏBƏRDARLIQ

ABŞ prezidenti Donald Trampın Qrelandiya barədə iddiaları Danimarkada gərginlik və etirazlarla qarşılanıb. Artıq Danimarka rəhbərliyi daha sərt bəyanatlar verməyə başlayıb. SİA “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiyaya qarşı mümkün güc iddiasının NATO-nun dağılmasına və Avropanın təhlükəsizliyinə xələl gətirə biləcəyini bildirib.
Baş nazir ABŞ-ın Qrenlandiya ilə bağlı mümkün hərəkətlərinin ciddi nəticələri barədə xəbərdarlıq edib. “Əgər ABŞ başqa bir NATO ölkəsinə qarşı hərbi güc tətbiq etmək qərarına gələrsə, hər şey bitəcək”, - Frederiksen “Associated Press” agentliyinə bildirib.
Frederiksen həmçinin ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti bərqərar etmək fikrindən imtina etdiyinə şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, Amerika lideri "ciddi"dir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə