Bizimlə heç kim bacara bilməz, mən kralam" - Trampdan səs-küylü BƏYANAT
ABŞ prezidenti Donald Tramp yenidən qalmaqal yaradacaq açıqlamalarla çıxış edib. Ağ Ev rəhbəri bəyan edib ki, ABŞ ordusu çox güclüdür və dünyada heç bir ölkə Vaşinqtonla rəqabət apara bilməz. D. Tramp bildirib ki, ABŞ dünyanın ən qorxulan və ən güclü ordusuna sahibdir: “ABŞ daha bir böyük iş bacardı. Dünyada hamının qorxduğu, ən güclü ordu bizdədir.
Bizimlə heç kim bacara bilməz. Heç kimin bizim kimi silahları yoxdur. Yeganə problem istehsalın ləng olması idi. Bir zamanlar 4–5 il gözləyirdik, indi isə daha sürətli olacağıq. Mən kralam”, – deyə Tramp bildirib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB