Parisdə vacib görüş başlayıb

Parisdə, Yelisey sarayında 27 ölkədən çox nümayəndənin iştirakı ilə "İstəklilər koalisiyası"nın görüşü başlayıb. SİA-nın xarici KİV-lərə istinadən yaydığı xəbərdə deyilir ki, Avropa liderləri və ABŞ rəsmiləri təhlükəsizlik zəmanətləri haqqında sazişi yekunlaşdırmağa çalışırlar. Bu saziş ABŞ qoşunlarının Ukrayna ərazisində mövcudluğunu nəzərdə tutur ki, hər hansı sülh razılaşmasının dayanıqlığını təmin etsin.

Mənbələrə görə, Parisdəki danışıqlar Vaşinqtonun son vaxtlar təklif etdiyi imkanların koalisiya planları ilə necə inteqrasiya olunacağına yönələcək. Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi və ABŞ nümayəndələri ilə görüş keçirməyi də planlaşdırır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə