İranda daxili gərginlik getdikcə artır. Ən yeni məlumatlara görə, Kermanşah vilayətində yerləşən Qəsri-Şirin şəhərində etiraz aksiyalarına təhlükəsizlik qüvvələri nəzarət edə bilmədiyi üçün bölgəyə Müdafiə Nazirliyinin bölmələri və sərhəd xidməti əsgərləri göndərilib.
Məlumatlara görə, yerli polis və daxili təhlükəsizlik qüvvələri etirazları dağıtmaqda çətinlik çəkib. Bundan sonra mərkəzi hakimiyyət şəhərdə nəzarəti bərpa etmək üçün ordu resurslarını işə salıb. Şahidlərin bildirdiyinə görə, şəhərin bir neçə strateji nöqtəsində hərbi postlar qurulub, giriş-çıxışa nəzarət gücləndirilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB