Rusiya mediası Prezident İlham Əliyevin müsahibəsini geniş işıqlandırıb
Rusiyanın aparıcı media orqanları bir gün əvvəl yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyevin əsas sitatlarını əks etdirən materiallar dərc edib. SİA xəbər verir ki, “RİA Novosti”, TASS, “Vesti Kavkaza”, “İnterfaks” agentlikləri, “360” televiziya kanalı və digər media qurumları dərc etdikləri materiallarda Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur” fikrini önə çəkiblər. Nəşrlərdə, həmçinin dövlət başçısının Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu, ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq doğurmadığını vurğuladığı qeyd olunur.
Medianın materiallarında Prezident İlham Əliyevin Azərbaycanın tranzit imkanlarının gələcəkdə daha da genişlənəcəyinə əminliyi diqqətə çatdırılır, Avropa və Asiya məkanında iqtisadi əlaqələrin möhkəmləndirilməsi kontekstində nəqliyyat infrastrukturunun inkişafının vacibliyi xüsusi qeyd edilir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB