"Silahları təslim edin!" - Türkiyəli nazir PKK qruplarına xəbərdarlıq etdi
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər növbəti dəfə terror qruplarına xəbərdarlıq edib. SİA-nın məlumatına görə, türkiyəli nazir bəyan edib ki, PKK və onunla əlaqəli bütün qruplar ləğv qərarı çərçivəsində Suriya daxil olmaqla, olduqları bütün bölgələrdə dərhal bütün terror fəaliyyətlərinə son qoymalı və şərtsiz olaraq silahlarını təslim etməlidirlər.
SİTAT: "Prezidentimizin liderliyi altında "Terrorsuz Türkiyə" prosesi başlayıb və bu prosesin uğurla davam etdirilməsini arzulayırıq" , - nazir vurğulayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB