Fransa, Böyük Britaniya və Türkiyə "İstəklilər koalisiyası"nın sammitində ABŞ-ın mümkün logistik və kəşfiyyat dəstəyi ilə Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifini dəstəkləməyi nəzərdə tuturlar. SİA-nın əldə etdiyi məlumata görə, layihədə Vaşinqton Rusiya tərəfindən hücum olduğu təqdirdə Avropa qüvvələrinə dəstək göstərəcək və atəşkəsə nəzarət edəcək.
"Kiyevin Avropa müttəfiqləri hesab edirlər ki, mümkün atəşkəsdən sonra Rusiyanın hücumu halında sülhməramlı kontingent Ukraynaya dəstək üçün ABŞ-nin öhdəliyindən faydalanacaq", - məlumatda deyilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB