Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib

Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib. SİA xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Şəki rayon prokuroru vəzifəsini icra edən Mehman Xankişiyev Sabirabad rayon prokuroru təyin olunub.

Baş prokurorun digər bir əmr ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə