"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" dəyişib

Prezident İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Nizamnaməsində dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, İRİA yardımçı dövlət informasiya sistemlərinin siyahısının müəyyən olunması ilə bağlı RİNN-ə təkliflər verəcək, rəqəmsal inkişafın arxitekturasının qurulmasını təmin edilməsində və rəqəmsallaşmanın həmin arxitekturaya uyğun həyata keçirilməsinə nəzarət olunmasında iştirak edəcək, həmçinin, rəqəmsal inkişafla və elektron hökumətlə bağlı görülən işlərə və həyata keçirilən tədbirlərə dair ildə iki dəfə Nazirliyə hesabat verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə