Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
SIA xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə