Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.
SİA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Başsağlığında deyilir: "Pençe-Kilit antiterror əməliyyatı bölgəsindəki əməliyyat-axtarış tədbirlərində 2022-ci ilin 28 may tarixində terrorçuların açdığı atəş nəticəsində şəhid olmuş Türkiyə Silahlı Qüvvələrinin bir nəfər zabitinin nəşinin axtarışı zamanı cari ilin 6 iyul tarixində mağarada metan qazından təsirlənən 19 türk hərbi qulluqçusundan 5 nəfərinin şəhid olması xəbəri məni dərindən kədərləndirdi.Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan qəti mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Müalicə olunan hərbi qulluqçulara isə tezliklə sağalmaları üçün Allahdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə