Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.
SİA-nın məlumatına görə, Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin Prezidentinin ECO-nun Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb.
Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib.
Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə