Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı geniştərkibli istintaq qrupu yaradılıb - Nemət Əvəzov
Baş Prokurorluda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin araşdırılması üçün geniştərkibli istintaq qrupu yaradılıb. SİA xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair Baş Prokururluqda keçirilən mətbuat konfransında qurumun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, Rusiyanın əməliyyat-axtarış strukturları ən azı 14 nəfəri saxlayıb və həmin şəxslərdən ikisi istisna olmaqla, 12-si Azərbaucan vətəndaşı olub. Onlardan 7-nə qarşı fiziki zorakılıq tətbiq edilməsi müəyyən olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə