Bu gündən etibarən Çin Pekinlə Bakını birləşdirən yeni Çin-Avropa yük daşıma xəttini istifadəyə verib. Bu barədə SİA-ya Çin KİV-inə istinadən xəbər verir.
Qeyd olunub ki, yükün çatdırılması "dəmir yolu - dəniz - dəmir yolu" multimodal sxemi üzrə həyata keçiriləcək.
Yükün 15 gün ərzində Bakıya çatması gözlənilir.
Hazırda Çin-Avropa yük qatarı Fanşan rayonunda yerləşən Pekin Beynəlxalq Quru Limanından yola düşməyi gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə