Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib. Bu barədə SİA-ya Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkənin ombudsman təsisatları arasında insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mövcud olan sıx əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, gələcək əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə