Azərbaycan və Özbəkistan XİN başçıları bölgədə təhlükəsizlik məsələsini müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəli vəziyyət, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən iyunun 21-22-də İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə