Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın dağıdıcı müxalifəti özünün tənəzzül dövrünü yaşayır. Yaxın günlərdə bu üzdəniraq müxalif təşkilatlar və onların satqın rəhbərləri tarixin arxivinə göndəriləcəklər. Bununla da siyasi arena daha bir neçə naqislərdən xilas olacaq.
Müxalifətdə olmaq dövlətə müxalifətçilik də olmaq deyil. Cəmiyyətin inkişafına, demokratik proseslərin sürətləndirilməsinə dəstək verilməsi müxalifət partiyalarının başlıca amalı və prinsipi olmalıdır. "Siyasi partiyalar haqqında qanuna" və digər qanunvericilik aktlarına görə də mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların fəaliyyət istiqamətləri və hədəfləri açıq şəkildə göstərilib. Təəssüflər olsun ki, Azərbaycanın dağıdıcı müxalifəti qanunvericilik aktlarını pozmaqla yanaşı, ictimai maraqları və tələbləri də nəzərə almırlar. Fəaliyyətlərini yalnız dövlətçilik və milli maraqlara xələl gətirmək üzərindən öz şəxsi mənafelərini təmin etməyə cəhdlər göstərirlər. Bu gün bütün dünya azərbaycanlıları ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışır, Qarabağ iqtisadi ərazilərində ermənilərin törətdiyi vandalizm aktlarını sübut və dəlillərlə dünyada sülhün və təhlükəsizliyin tərəfdarı olan xalqların diqqətinə çatdırır, dağıdıcı müxalifət isə xarici qaranlıq dairələrlə birləşib milli maraqlarımıza ziyan vurmağa cəhdlər edirlər. Bu cəhdlərin isə uğursuzluğa düçar olduğu açıq şəkildə görünür. Çünki hər kəs Əli Kərimlinin, Cəmil Həsənlinin, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbərin və Arif Hacılının və digərlərinin özlərinin müstəqil mövqelərinin olmadığını, daim xarici ağalarının sifarişləri ilə hərəkət etdiklərini bilir. Ona görə də onların hay-küylərini "it hürər,karvan keçər" kimi dəyərləndirirlər.
Dağıdıcı müxalifətin həyat mənbəyi xaricdən verilən qrantlardır
Dağıdıcı müxalif ünsürləri düşüncəsinə görə Azərbaycanda hər şey qara zolaqdan ibarətdir, hansısa bir uğur, qələbə mövcud deyil. Yəni, 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsini görmək üçün gözləri kor, Azərbaycanın beynəlxalq reytinqlər siyahısında öncül yerlərdə olması, adının hörmətlə çəkilməsini eşitmək üçün qulaqları kardır. Təbii ki, bu cür fəaliyyətlə cəmiyyətdə uğur qazanmaq və siyasi dəstək əldə etmək mümkün deyil. Necə ki, bunun acı nəticəsini müxalif partiyalar yaşamaqdadırlar. Ölkəmizdə keçirilən bütün seçkilərdə müxalifətin rüsvayçı məğlubiyyətlə üzləşməsi cəmiyyətin onlara vurduğu sərt şillədir, ən böyük cəzadır. Buna baxmayaq, onlar seçkilərdə uğur qazana bilməmələrinin səbəblərini elmi-siyasi təhlilini aparmırlar. Ən azı papaqlarını qarşılarına qoyub, seçki məğlubiyyətinin səbəblərini müzakirə etmirlər. Bu da növbəti seçkilərdə onların yenidən acınacaqlı məğlubiyyət yaşamalarına gətirib çıxarır. Fikir verilsə, bir daha aydın olar ki, AXCP, Müsavat, Milli Şura, Real və digər dağıdıcı müxalif partiyaları daim destruktiv fəaliyyətə üstünlük veriblər. Hər zaman milli maraqlarımız, dövlət və dövlətçiliyimizə qarşı əks-kampaniya aparıblar. Sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkilərinin yaxınlaşması ilə bu ünsürlərin separatçı fəaliyyətləri daha da aqressiv xarakter alıb. Demək olar ki, Əli Kərimli, Cəmil Həsənli və onların ətrafında fırlanan trollar bütün günü sosial şəbəkələrdə qarayaxma kampaniyası aparmaqla məşğuldurlar.
Cəmiyyət satqın müxalifətə nifrət edir
Xaricdəki antimilli ünsürlərlə birlik nümayiş etdirən Azərbaycanın dağıdıcı müxalifəti hər cür çirkin vasitə və üsullardan istifadə etməklə ölkəmizin əldə etdiyi möhtəşəm işlər, uğurlu nailiyyətlər gözdən salmağa çalışırlar. Araşdıranda məlum olur ki, onlara Azərbaycana qarşı qarayxama kampaniyası aparmağa təhrik edən xarici maraqlı dairələrdir. AXCP, Milli Şura funksionerləri özlərinə bir sual vermirlər ki, bu dövlət onlara nə edib? Niyə xalqa düşmən kəsiliblər? Qrant o qədərmi şirindir? Axı xarici maraqlı dairələrin sifarişləri əsasında dövlət maraqlarına qarşı çıxmaq onları cəmiyyət önündə gözdən salır. Şübhə yoxdur bu suallar cavab vermək imkanları olsa, məsuliyyətləri artar və yanlış yoldan çəkinərlər. Görünən isə ondan ibarətdir ki, hələ uzun müddət onlar yanlış yollarının yolçuları olacaqlar. Çünki üzərlərinə bir hərfini belə redaktə etmələri mümkün olmayan öhdəliklər götürüblər. Əgər cəsarətə gəlsələr, o zaman Əli Kərimlinin hansısa xarici maraqlı şəbəkə təmsilçisi ilə separat danışıqlarını əks etdirən səs yazısı üzə çıxar və bununla da ifşa olunar. Onsuz da vaxtaşırı olaraq Ə.Kərimlinin başının üstündə bir zaman işbirliyinə dair razılaşma əldə edib, fəaliyyətə başladığı "dost"ları tərəfindən xəbərdarlıq xarakterli buludlar dolaşır. Xaricdəki antimilli ünsürlərdən Qabil Məmmədovun, Trol Sadıqlının, Sevinc Osmanqızının Ə.Kərimliyə ünvanlanan hədə mesajları təsadüfi sayıla bilməz. Bununla xarici maraqlı dairələrinin "boss"ları Ə.Kərimli ilə aralarında olan razılaşmaya dair danışıqlarını və yazışmalarını antimilli ünsürlər vasitəsi ilə ictimaiyyətə açıqlaya bilərlər. Bu digər faktlar önündə boynu tükdən də incə olduğundan Ə.Kərimli tapşırıqları icra edir. Bu fəaliyyət nə qədər davam edəcəyini demək çətin olsa da, hər halda ortada olan fakt ondan ibarətdir ki, Ə.Kərimlinin sonu yaxınlaşır. Onun xilası yalnız könüllü şəkildə Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olması ola bilər. Bu halda bağışlanması, ən azı yüngül cəza ilə uzun müddətli həbsdən qurtulmaq şansı ola bilər. Əks halda fəlakət onun qapısı önündədir. Müxtəlif yollarla xaricə qaçmaq cəhdi də baş tutmayacaq. Çünki Azərbaycanın hüquq- mühafizə orqanları hər cür cinayətin qarşısını almağa və cinayətkarları məsuliyyətə cəlb etməyə ayıq-sayıqdır.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə