Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Xəzər Universitetinin tələbələri ilə görüşüb - YENİLƏNİB/ FOTOLAR
Bu gün Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Manihur Özdemir Göktaş Azərbaycana səfəri çərçivəsində "Şəxsiyyət, mənsubiyyət və ideallar: multikultural dünyada öz dəyərlərinlə yol almaq" adlı proqram çərçivəsində Xəzər Universitetinin tələbələri ilə görüşüb. SİA xəbər verir ki, tədbirdən öncə Türkiyənin Naziri xanım Mahinur Özdemir Göktaş jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələr geniş və çoxşaxəlidir: "Bu gün Xəzər Universitetində tələbələrlə baş tutan görüşün məqsədi iki ölkə arasında əlaqələri dərinləşdirmək və gənclərlə fikir mübadiləsi aparmaqdır. Bu il Türkiyədə ailə ili elan edilib. İndi burada toplaşmaqda da əsas məqsəd gəncələrə ailənin əhəmiyyətini izah etməkdir".
Tədbir iki dövlətin, Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi başlayıb. Daha sonra qonaqlar və tələbələr üçün bədii hissə təşkil olunub. Orkestrın müşayiəti ilə bir sıra özəl parçalar oxunaraq qonaqların və tələbələrin könlünü oxşayıb, ardınca rəqs nümayiş olunub. Həmçinin Üzeyir Hacıbəylinin "Çırpınırdı Qara dəniz" musiqisi qonaqlar və tələbələr üçün səsləndirilib.
Eyni zamanda Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı Azərbaycan və Türkiyə münasibətlərindən bəhs edib: "Əlaqələr nə qədər möhkəm olarsa, millət də o qədər güclü olar. İki ölkənin əlaqələrinin möhkəm olmasının bir başqa səbəbi də ailə dəyərlərinə verilən önəmdir. Şərq xaqlarında ailə dəyərlərinin önəmi hər zaman vurğulanıb".
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş isə gənclərə motivasiya məqsədilə öz karyera yolundan və onlara bu istiqamətdə ailəsinin dəstəyindən söz açıb: "Ailə bizim təməl gücümüzdür. Keçdiyim hər çətinlikdə daim yanımda onları gördüm. Hicaba görə gördüyüm bütün təzyiqlərdə yanımda ailəm var idi".
Bütün xəbərlər Facebook səhifəmizdə