YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının növbəti ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Mərdanov Qardaşları küçəsi 124 üzrə ünvanı (Azərbaycan Respublikası Standarlaşdırma İnstitutu) ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Hesabat-seçki yığıcağında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranıb.

Azərbaycan Respublikası Standarlaşdırma İnstitutunun daxili nəzarət sektorunun mütəxəssisi Gündüz Həsənov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir: “Eyni zamanda, ölkə daxilində mövqelər çox möhkəmdir. YAP demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır”.

Çıxışlardan sonra səsvermə keçirilib və Azərbaycan Respublikası Standarlaşdırma İnstitutunun Baş direktounun müavini Səbinə Məmmədli yekdilliklə Mərdanov Qardaşları küçəsi 124 üzrə ünvanı üzrə ərazi partiya təşkilatının sədri seçilib.

Sonda ərazi partiya təşkilatının yeni seçilmiş sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə