"Gender bərabərliyinin təminatları haqqında" qanuna dəyişiklik layihəsi hazırlanıb

Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunlara dəyişiklik layihəsi hazırlanıb. SİA xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda qeyd olunub ki, aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınaraq qanun layihəsi təkmilləşdirilib.

Layihə hazırda müvafiq qurumlara razılaşdırılmaq üçün göndərilmə mərhələsindədir.

Qeyd edək ki, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanun Dayanıqlı İnkişaf Məqsədlərin 5-ci hədəf çərçivəsində (Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək) əmək münasibətlərində ayrı-seçkiliyin və seksual qısnamanın yol verilməzliyinin təmin edilməsi məqsədilə hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə