"MDB ölkələri arasında Azərbaycan ilk yerlərdən birini tutur" - POLİTOLOQ ŞƏRH ETDİ

"İkinci Dünya Müharibəsinin qələbəsinin 80 illiyi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə iştirakçılarına 500 manat birdəfəlik maddi yardım ayrılması haqqında sərəncam imzalamışdır. Bu eyni zamanda arxa cəbhədə çalışan və ya dünyasını dəyişən müharibə iştirakçılarının ailə üzvlərinə maddi yardım edilməsi ilə bağlı sərəncamda qeyd olunmuşdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bu çox böyük bir hadisədir. Bu həcmdə maddi yardımların paylanmasına görə, MDB ölkələri arasında Azərbaycan ilk yerlərdən birini tutur: "Təbii ki, İkinci Dünya Müharibəsində iştirak edənlərin sayı azalır. Artıq bizim ölkəmizdə də hardasa 15-16 nəfər müharibə veteranı qalıb. Təbii ki, onlarda bizim bu gündə xalqımızın qürur duyduğu qəhrəman oğullardır. Onlar gənc nəslin yetişməsində böyük rol oynayırlar. Bu səbəbdən də Azərbaycan Prezidenti hər il Qələbə günü ərəfəsində onları və onların ailə üzvlərini maddi yardım ayırmaqla sevindirir. Bizim ölkəmiz və dövlətimiz sosialyönümlüdür. Bu təkcə bu günün müharibə veteranlarına aid deyil, həm də bu gün bizim Qarabağ müharibəsi veteranlarına da yardımlar ayrılır. Onlara müavinətlər verirlir. Bu yaxınlarda da Qarabağ müharibəsi veteranlarına ayrılan yardımların artırılması gözlənilir. Yəni Azərbaycan höküməti öz əhalisinin daha yaxşı yaşaması üçün əlindən gələn hər şeyi edir. Bu gün biz əldə etdiyimiz nailiyyətləri məhz Azərbaycan ordusunun, Azərbaycan zabitlərinin sayəsində etdik".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə