"Rusiya-Ukrayna müharibəsi görsəndiyinin əksi olaraq xeyli müddətdir davam edir. Bəzi şəxslərin böyük hissəsi hesablayırdı ki, Rusiya bir və ya iki həftəyə Ukraynanı işğal edəcəklər, paytaxt Kiyev şəhərini alacaqlar və müharibə yekunlaşacaq". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, müharibənin gedişində Qərbin və NATO-nun Ukraynaya olan dəstəyi bu ehtimalları sıfıra endirdi və hələ də bu müharibə davam etməklə hər iki ölkəyə çox ciddi ziyanlar vurur: "NATO-nun və Qərbin Ukraynaya olan həm maddi, həm də göstərdiyi digər böyük dəstəklər və Ukrayna ordusunun əzmi müharibəni uzatdı. Hal-hazırda da müharibə ilə bağlı dəqiq fikir söyləmək və ABŞ prezident Donald Tramp seçkiqabağı kampaniyalarında da demişdi ki, Rusiya-Ukrayna arasında olan müharibəni dayandıracam, lakin Amerika dövləti hələ də bunu bacara bilmədi. Ona görə ki, Rusiya bütünlükdə istəyir ki, Ukraynada hakimiyyət dəyişikliyi olsun. Ukrayna müharibədən əl çəksin və Rusiyanın Ukraynadan aldığı torpaqları öz nəzarətində qalsın. Ukrayna istəyir ki, ərazi bütövlüyü bərpa olunsun, hətta Co Bayden hakimiyyəti dövründə Ukrayna tərəfi deyirdi ki, Krım şəhəri yenidən Ukraynaya qaytarılsın və oranın da ərazi bütövlüyü bərpa olunsun. Lakin indiki vəziyyətdə Krımı bir müddət güzəştə getsələr, qalan ərazilər azad edilsin, avro-inteqrasiyanı davam etdirsinlər. Buna görə də ya Putin, ya da Zelenski ikisindən biri hakimiyyətdən getməsələr, dünya düzənində yeni dəyişikliklər olmasa müharibə bitməyəcək. Ola bilər ki, müəyyən dövrlərdə atəşkəs əldə edilsin. Amma bütünlükdə bu məsələ uzun sürəcək. Ona görə ki, ya Rusiya zəifləməlidir, Ukrayna ərazi bütövlüyünü bərpa etməlidir, ya da Ukrayna qarışmalıdır ki, ərazisinin yarı hissəsi Rusiyanın işğalında qalsın, o halda müharibə bitə bilər. Başqa halda bu proses xeyli müddət davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə