Fevralda süni intellektlə (AI) bağlı təhlükəsizlik sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, yeni texnologiyanın imkanlarının artan konsentrasiyası geosiyasi ziddiyyətləri dərinləşdirmək riski daşıyır. Hesab edirəm ki, bu, bizim üçün bir siqnaldır: bu, insan əməlidir, yoxsa süni zəka?
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Gələcək üçün BMT Paktı: Yeni qlobal konsensusun yaradılması" adlı panel iclasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş direktorunun müavini Tomas Lamanauskas bildirib.
“Biz təmiz enerji həllərini də önə çəkməliyik, çünki süni intellektlə bağlı məlumat mərkəzləri artıq planetimizdə müəyyən gərginlik yaradır”, - deyən Tomas Lamanauskas qeyd edib ki, “BMT və bir sıra təşkilatlar süni zəka, maliyyələşmə və təhlükəsizlik məsələləri kimi sahələrdə birgə işləyə bilmir” fikri formalaşıb. Lakin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri və COP29 çərçivəsində birgə maliyyə fəaliyyəti üzrə əldə olunan irəliləyiş sübut edir ki, BMT və üzv ölkələr, təşkilatlar birgə səylər nəticəsində razılığa gələ bilirlər.
“Baş katibin də bildirdiyi kimi, BMT-nin 80-ci yubileyi çərçivəsində təşkilat dünyanın hər bir vətəndaşı üçün faydalı xidmət təklif etməyi hədəfləyib. Çoxtərəflilik hələ də mövcuddur. Ölkələr konkret alətlər təklif etməlidirlər. ABŞ, Çin, Avropa müəyyən platformalar irəli sürməlidir”, - deyə o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə