"Hərbi çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində nöqsanlar var"
"Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı ombudsmanın məruzəsində göstərilir ki, çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində nöqsanlar var". SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.
Məruzədə narkoloq və klinik psixoloqların azlığı məsələsinə ayrıca yer verildiyini vurğulayan Z.Oruc xatırladıb ki, ölkədə 2015-ci ildə 28 min 555 nəfər narkotik istifadəçisi qeydiyyatda idisə, 2021-ci ildə bu rəqəm 34 minə çatıb: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə 66 olub. Göründüyü kimi, 1 narkoloqa 500 narkotik istifadəçisi düşür. Belə şəraitdə müalicənin effektivliyi mümkün deyil. Kadrların hazırlanması sahəsində sistemli tədbirlərə ehtiyac duyulur”.
Komitə sədri əlavə edib ki, ombudsmanın Suriyadan Azərbaycana repatriasiya edilən şəxslərlə bağlı gördüyü işlər təqdirəlayiqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə