"Ermənistanın Azərbaycana qarşı hər zaman təxribat xarakterli addımları olub" - HƏRBİ EKSPERT AÇIQLADI

"Ermənistanın Azərbaycana qarşı hər zaman təxribat xarakterli addımları olub. Bu məsələdə gözləntilər hər zaman olub. Ümumiyyətlə isə Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün 2 istiqamətdə gözləntilər ola bilər". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, birinci istiqamət Azərbaycanın əsas istəyi qeyri-hərbi yolla sülh müqaviləsinin bağlanmasıdır: "İkinci istiqamət isə Ermənistanın bu təxribatlarını sonlandırması və sülh müqaviləsinin şərtlərini qəbul etməsidir. Ermənistanın bu təxribatlarını təhlil edərkən söhbət burada həm silahlı təxribatlardan, həm də digər təxribatlardan gedir, bu təxribatları təhlil edərkən görürük ki, siskalasiya sisteminin yaranmasıdır. Yəni hərbi müstəvidə toqquşma riskinin mövcud olma ehtimalıdır. Bu məsələdə yalnız bir məqam var ki, Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması, vəziyyəti süni şəkildə gərginləşdirmək və Ermənistanın bu gərginlikdən istifadə edərək sülh müqaviləsindən və danışıqlardan yayınmaq istəməsidir.

Digər bir məqam isə ondan ibarətdir ki, Ermənistanın planlarından biri də qərb təşkilatlarının, Avropa təşkilatlarının süni şəkildə diqqətini bu regiona yönəltmək istəməsidir. Biz bilirik ki, Avropa Birliyinin Ermənistanda müşahidə şurası fəaliyyət göstərir. Bu "fəaliyyət qrumu və ya şəbəkəsi", əslində Ermənistan hakimiyyətinə nəzarət etmək, Paşinyanı əllərində idarə etmək və digər tərəfdən isə Azərbaycana qarşı dezinformasiya fəaliyyətini həyata keçirtməkdir. Bir sözlə Azərbaycan ordusunun atəşə tutulması, Paşinyanın sülh müqaviləsini imzalamaq istəməməsi, Zəngəzur dəhlizinin açılmaması və digər məsələlər də prosesləri öz maraqlarına uyğun istifadə etməkdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə