"APA-nın Bakıda keçirilən XV plenar sessiyası öz işini uğurla icra etdi" - Sahibə Qafarova

"Asiya Parlament Asambleyasının (APA) Bakı Bəyannaməsinin bir bəndində Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdundan qovulması, onların hüquqlarının təmin edilməsi ilə bağlı çağırış öz əksini tapıb". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında sədr Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, APA-nın Bakıda keçirilən XV plenar sessiyası öz işini uğurla icra etdi: “Sessiyada 35 nümayəndə heyəti və ümumilikdə 280-dən çox nümayəndə iştirak etdi. Bizim sədrliyimiz dövründə görülən işlər nəticəsində APA-nın strukturlarının fəaliyyətinin daha da gücləndirildiyi vurğulandı. Sessiyada Omanın müşahidəçi statusu təsdiq edildi, müxtəlif sahələrə aid 29 qətnamə qəbul olundu”.

Bütün xəbərlər Facebook səhifəmizdə