Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyəyə səfər edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə Ankara şəhərinə səfər edib. YAP nümayəndə heyəti fevralın 23-də AK Partinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək VIII Böyük Qurultayında iştirak edəcək.

Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub. Nümayəndə heyətinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə