“Xocalı Azərbaycanın ən qədim, həm də uzun illər başı müsibətlər çəkmiş, əhalisi soyqırımına məruz qalmış yaşayış məntəqəsidir”. Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, bu gün xocalılılar və Xocalı tarixi ilə tanış olanlar onun abadlaşması və inkişafı ilə qürur hissi keçirə bilərlər: “Çünki erməni təcavüzkarları uzun illər Xocalını mühasirədə saxlamaqla onun əhalisinə soyqırımı aktı törəkməklə, bu nisgili insanların qəlbində bir yara kimi əbədiləşdirməklə tarixin ən qara səhifəsini yazmışlar. Ancaq Azərbaycan Respublikasının Prezidentinin böyük uzaqgörənliyi, ordumuzun qüdrəti, xalqımızln birliyi sayəsində Qarabağ torpaqı təmizlənərək Xocalı özünün xoşbəxt bu günkü həyatına qədəm qoydu. Bu gün ölkə başçısının diqqəti və qayğısı nəticəsində Xocalıda həyata keçirilən tədbirkər hər birimizdə qürur hissi doğurur. Artıq Xocalı camahatı öz nisgillərini sağalatmağa başlayıblar, ata-baba yurdlarına qayıdaraq yeni həyata qədəm qoyurlar. Azərbaycan Prezdidentidə xocalıları unutmur. Həmişə onların ağrılarıb və dərdlərinə şərk olub, bu gündə onların sevincinə şərikdir. Qarabağ, Şərqi Zəngəzur işğaldan azad olunandan sonra ölkə rəhbəri 100 dəfədən çox bu ərazilərə səfər edib və özünün qeyd etdiyimi kimi hər bir səfər onda yeni ruh yüksəkliyi yaradır. Çünki bu sevinc və qürur insanların məhəbbətindən eynu zamanda sədaqətindən qaynaqlanır. Onların sevincini və fərəhini görən Prezidentimiz bunu doğma və əziz bilir”.
T.Rzayev vurğulaylb ki, Prezident regionlara səfər etməklə insanlarda mənəvi duyğu oyadır: “Rəhbərin Xocalı sakinləri ilə görüşləri Qarabağın və Şərqi Zəngəzurun inkişafına hesablanıb. İnsanların firavan həyatına yönləndirib. Azərbaycan Prezidentinin bu günlərdə yenidən Qarabağa səfər etməsi, Ağdamda olması işğaldan azad olunmuş ərazilərdəki insanlarla səmimi görüşləri deməyə əsas verir ki, nəinki Qarabağ torpaları eləcədə bütün ərazilər gülüstana çeviriləcək. Burada insanların firavan həyatı təmin olunacaq. Bunlar arasında Xocalı camahatı ən öndə dayanır. Xocalı sakinlərinin hər biri torpaqlarında qurmaq yaratmaq əzmindədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə