2025-ci ildə sülh sazişi imzalanmasa yeni müharibə ola bilərmi? - POLİTOLOQ AÇIQLADI

"2025-ci il əslində Azərbaycan və Ermənistan üçün həll edici bir mərhələ olmalıdır və bu münasibətlər aydınlaşmalıdır. Əsas istək bunun üzərinə qurulub. Amma məsələ burasındadır ki, 2020-ci ildən günümüzədək Ermənistan 5 ilə yaxındır ki, fərqli formalarda manipulyativ addımlarla bu danışıqlar prossesini pozur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Ermənistan verilən təklifləri sözdə qəbul etsə də, əməldə onu icra etmir. "Açıq şəkildə istəyir ki, bu məsələdə zamana oynayıb, daha çox silahlanmaya getmək istəyir. Görünən fakt budur. Hindistandan, Yunanistandan, Fransadan, ABŞ-idən alınan hərbi dəstəklərdə, silah sursatda bunu deməyə əsas verir. Nəinki, 2025-ci ili Ermənistanın sülh müqaviləsini imzalasın, əksinə onu deyə bilərəm ki, yeni bir qarşı durmanın ola biləcəyi ehtimalıda ortaya çıxmağa başlayır. Təbii ki, bu beynəlxalq şəraitnəndə bağlıdır. Beynəlxalq vəziyyət hansı istiqamətə yönlənəcksə, düşünürəm ki, Ermənistan Azərbaycan arasında sülh məsələsi də, o cür nəticə verə bilər. Bu baxımdan da, Ermənistan hələki nə konstusiyasında dəyişiklik edib, nədə ki, komunikatsiyanın açılamasını təşkil edib. Bu sadaladığım dəyişiklikləri Ermənistan etməsə, düşünürəm ki, hansısa formada sülhdən danışmaq çətin məsələdir və müharibənin olma ehtimalıda hər an gözlənilə bilər. Çünki bu qədər silahlanmanın sonu yeni müharibə deməkdir. Təbii ki, burada İranında Ermənistana dəstəyi var, buda nəzərdən qaçmamalıdır. Ona görə də, bu regionla bağlı yeni müharibə planları çoxdan cızılır, amma bunu tərəflər ortaya iradə qoymaqla, xüsusilə də Ermənistan tərəfi iradə qoymaqla bunu başqa istiqamətdə, yəni sülhə doğru yönəldə biləcəkmi? Bu biraz çətin məsələdir. Azərbaycan istər sülh danışıqları masasında, istərsə də, müharibə meydanında da kifayət qədər güclüdür. Burada atılacaq siyasi iradəli addım Ermənistan tərəfindən olmalıdır və sərhədlərin demarkasiyası buna sübut ola bilər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə