"Böyük dövlətlərin Afrika qitəsinə maraqları artıb" - POLİTOLOQ ŞƏRH ETDİ

"Son illər böyük dövlətlərin Afrika qitəsinə maraqları artıb. Bir sıra dövlətlər Afrika ölkələri ilə müqavilələr imzalayırlar, ortaq layihələr reallaşdırırlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, dünyanın güclü ölkələrindən olan Çinin də Afrika ölkələrinə yatırımları var. "Türkiyədə son illərdə Afrika ölkələrini maraq dairəsinə alıb. Son illərdə Türkiyə xeyli Afrika ölkələri ilə diplomatik münasibətlər yaradıb. Əvvələr Fransa və ABŞ kimi ölkələr Afrika ölkələrinə koloniya kimi baxırdılarsa, indi isə Afrika ölkələri tam müstəqilliyə çalışırlar. İstənilən qitə, istənilən ölkə ilə tərəfdaşlığa ümid edirlər. Azərbaycanın da bir neçə Afrika ölkəsi ilə əlaqələri var. Somalidə baxmayaraq ki, elə də varlı dövlət deyil. Amma müəyyən qədər dünya dövlətləri ilə əməkdaşlığa maraq göstərir.

Bildiyimiz kimi Somali dövləti coğrafi şəraitinə görə sahil dövləti kimi də tanınır. Gələcəkdə də Azərbaycanla Somali arasında bir sıra ortaq layihələrin reallaşması mümkündür. Bundan əlavə olaraq Afrika qitəsində xeyli ölkə var və bu ölkələrlə Azərbaycan arasında əlaqələr qurmaqla beynəlxalq aləmdə də dəstək qazanmış oluruq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə