Məzahir Pənahovun sədrliyi ilə fevralın 8-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
SİA xəbər verir ki, əvvəlcə Komissiyanın 2025-ci il 6 fevral tarixli iclasının protokolu təsdiq edilib.
Sonra 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin və media nümayəndələrinin iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edilib. Ardınca vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün şəffaf, hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Mərkəzi Seçki Komissiyasının iclasında, həmçinin cari məsələlərə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə