Azərbaycan və Çinin beyin mərkəzlərinin əməkdaşlığı məlumat boşluğunun aradan qaldırılmasında mühüm rol oynayır
zərbaycan və Çinin beyin mərkəzlərinin əməkdaşlığı iki ölkə arasında informasıya boşluğunun aradan qaldırılmasında mühüm rol oynayır. SİA xəbər verir ki, bu fikirləri Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzinin direktoru Aqşin Əliyev Çinin aparıcı beyin mərkəzlərindən olan Müasir Çin və Dünya Araşdırmaları Akademiyasının vitse-prezidenti Fan Daçi ilə görüşündə səslənib. Fan Daçi COP29 çərçivəsində Azərbaycana səfəri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin dəstəyi ilə təşkil etdikləri tədbirlər barədə məlumat verib. COP29-un yüksək səviyyədə təşkil olunması xüsusi olaraq vurğulanıb.
Görüşdə birgə həyata keçiriləcək layihələr haqqında fikir mübadiləsi aparılıb, alimlərin qarşılıqlı səfərləri, mədəni abidələrin qorunması ilə bağlı konfransın təşkili, gənclər arasında təmasların çoxaldılması, humanitar əlaqələrin gücləndirilməsi ilə bağlı digər vacib layihələrin detalları müəyyənləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə