Dekabrın 21-də Tacikistanın Düşənbə şəhərində xeyriyyə yarmarkası təşkil olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Muhriddin açılış nitqi ilə çıxış edib və ölkələrin pavilyonları ilə tanış olub.
Tacikistanda akkreditə olunmuş bir neçə diplomatik nümayəndəliklə yanaşı, Azərbaycan Respublikasının səfirliyi də tədbirdə fəal iştirak edib.
Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov səfirlik tərəfindən satışa çıxarılan məhsullar barədə nazirə məlumat verib.
Tədbirdə, ölkəmizin milli incəsənət, sənətkarlıq və sənaye məhsulları, Azərbaycan milli mətbəxindən və şirniyyatlarından nümunələr, suvenirlər, səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş kitablar, o cümlədən ölkənin turizm imkanları haqqında məlumatlar tədbirin qonaqlarına təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə