Erməni köləsi və yalançı “iş adamı” - VİDEO

Bu gün xarici ölkələrdə özünə “isti yuva” qurub Azərbaycanın əlehinə danışanların kimliyi, onların keçmişi, hazırda apardıqları “mübarizə” üsulları hər kəsə bəllidir. Ailəsi ilə sözü düz gəlməyən, biznesində tənəzzülə uğrayan, qonşusu ilə sözü çəp gələn, sevgilisi tərəfindən tərk edilən kim varsa özünü “siyasi mühacir” kimi qələmə verərək xüsusən Qərb ölkələrində ölkəmiz və xalqımız haqqında “qara piar” kampaniyası aparır və çörək pullarını bu yolla əldə etməyə çalışırlar. Məskunlaşdıqları ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alınanlar əsasən təhqir, söyüş və yalan kampaniyasına üstünlük verməklə Azərbaycan hakimiyyətini və xalqımızın dəyərli insanlarını hədəfə alır, onların haqqında həqiqətdən uzaq fikirlər səsləndirirlər.

Bu kimi “mühacirlər”in əsas dəstəkçiləri, maliyyə təminatçıları erməni lobbisi və onların uzantılarıdır. Bu, bir danılmaz faktdır. Bu haqda təkzibolunmaz faktlar da var. Di gəl ki, həm bu kampaniyanın təşkilatçıları, həm də “söyüş mühacirləri”nin ayrı-ayrı nümayəndələri həqiqəti etiraf etmək istəmir, xəyanətkar əməllərinin çeşidini bir az da artırılar. Səbəb çox sadədir, bu şəxslər artıq istifadə olunurlar və geriyə dönüşləri yoxdur.

Özünü “məşhur iş adamı”, “biznesmen”, “dissident”, “mühacir” kimi cəmiyyətə sırıyan İlqar Hacıyevi sosial şəbəkələrdən tanıyan az deyil. Bəli, məhz sosial şəbəkələrdən. Əgər o iş adamı olsaydı, insanlar onu inşa etdiyi binalardan, tikdiyi yol qovuşaqlarından tanıyardılar, daha boynuna erməni xaçı salıb dilənmək üçün ermənilərin ayağına gedən zavallı birisi kimi yox. İlqar Hacıyevin əməlləri ilə bağlı əldə etdiyimiz videoda bu adamın hansı rəzilliklərə imza atdığı açıq şəkildə görünür.

Onun açıqlamasına diqqət etdikdə İlqar Hacıyevin erməni olduğu üzə çıxır. Onun təkcə erməni dilini səlis bilməsi yox, “Blunt Post” televiziyasının sahibi və redaktoru Vic Qeramyana verdiyi müsahibəsində onun ermənilərin kompakt yaşadığı Kaliforniyanın Qlendeyl şəhərinə necə gəlib çıxmasına verdiyi izah bunu əyani şəkildə təsdiq edir: “Barev çes Hayastan”, kəlməsi də İlqarın kimliyi, pasportudur. O əlavə edir: 2019-cu ildə mən Amerikaya, Kaliforniyaya gəldim. İlk andan Qlendeyli seçdim. Çünki bura “Kiçik Ermənistan”dır. Ermənilər mənim Azərbaycan pasportu ilə Qlendeylə necə gəldiyimi soruşdular. Mən onlara cavab verirdim ki, baxın bizim eyni musiqimiz, eyni yeməklərimiz var. Mən erməni dilində 70 faiz danışa bilirəm”. İlqar ermənilərə “əzizim” deyə müraciət etməsi də diqqətdən qaçmır. Xüsusən də onun bütün danışıq boyu boynunda nmayişkaranə şəkildə xaç gəzdirməsidə onun kimliyinə işarədir.

Videonu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə