Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır. SİA xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb.
Hazırda ehtiyat şəxsi heyətinin yaradılmasına rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız sayılmış kişi cinsindən olan çağırış yaşlı (18-35 yaşlı) vətəndaşlar “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın Əsasları haqqında” Qanunun tələblərinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fərmanlarına uyğun olaraq həqiqi hərbi xidmətdən möhlət almış və son çağırış yaşına (35 yaşa) qədər hərbi xidmət keçməyən kişi cinsindən olan vətəndaşlar və digər kateqoriyadan olan vətəndaşlar cəlb edilir.
Dəyişikliyə əsasən isə 35 yaş həddi 30-a endirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə