Azərbaycanda yaşamaq üçün 7 minə yaxın əcnəbi müraciət edib

Cari ilin noyabr ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 6 min 748 müraciət daxil olub. Bu barədə SİA-ya DMX-dən məlumat verilib.

Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə əlaqədar quruma 27 min 328 müraciət edilib.

Şəxslərin vətəndaşlığıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərin sayı isə 775 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə