Beynəlxalq Boks Federasiyasının (IBA) Texniki Komitəsinin sabiq sədri Raymond Silvas Azərbaycana səfərə gəlib. SİA xəbər verir ki, ABŞ-dan olan mütəxəssis səfər çərçivəsində ölkə çempionatına qatılacaq komandaların məşqçiləri və döyüşləri idarə edəcək hakimlərə seminar keçib.
Seminarda yarışa hazırlıq məsələləri, qaydalar və mübahisələrə səbəb olan qərarlar müzakirə edilib, lazımı təlimatlar verilib.
Təlimdə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da iştirak edib.
Qeyd edək ki, Raymond Silvas dekabrın 15-20-də kişi və qadın boksçular arasında keçiriləcək Azərbaycan çempionatının supervayzeri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə