"Əlaqələrin möhkəmlənməsi təkcə ölkələrimizə deyil, regionun inkişafına da töhfə verir” - Əhliman Əmiraslanov
"Azərbaycanla türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi regionun inkişafına töhfə verir". SİA xəbər verir ki, bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan parlamentində hazırlanıb qəbul edilən bir neçə qanun Türk Dövlətləri Parlament Assambleyasında model qanun kimi qəbul edilib: “Azərbaycanla Türkiyə, o cümlədən türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi təkcə ölkələrimizə deyil, regionun inkişafına da töhfə verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə