Bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb
Bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə aparılıb.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, partiyanın 21 nəfər səlahiyyətli nümayəndəsi, 1 nəfər isə maliyyə məsələləri üzrə nümayəndəsi kimi qeydə alınıb.
Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə