COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib. SİA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, indiyə qədər Ermənistanın tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur.
"İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkələr ciddi müzakirələr aparılır. Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin əsas prioriteti olmalıdır. Biz Ermənistanın COP29-da iştirak edib-etməməsinə hər hansı şərh vermirik. Çünki müvafiq olaraq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir. Şübhəsiz, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir", - XİN sözçüsü qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə